25 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Neftçi” bu futbolçu ilə müqaviləyə xitam verdi

“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, İsmayıl Züfüqarlı komanda ilə vidalaşıb. Müdafiəçi klubun gələcək planlarında daxil edilməyib.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Zülfüqarlı hazırda azad agentdir. Onun xidmətində bir neçə klubun maraqlı olduğu bildirilir.

Təcrübəli futbolçunun “ağ-qaralar”la 2026-cı ilə qədər sözləşməsi var idi.

Xatırladaq ki, 24 yaşlı oyunçu ötən mövsümü icarə əsasında “Turan Tovuz”da keçirib. “Neftçi”nin yetirməsi bu günə qədər Premyer Liqada 100 oyun keçirib. Onun aktivində 3 qol və 7 məhsuldar ötürmə var.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43