“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi son olaraq Kiprin “Etnikos” klubunda çıxış edən braziliyalı vinger Breno Almeyda ilə razılıq əldə edib.
27 yaşlı futbolçu artıq Bakıya gəlib və klubun bazasındadır.
O, tibbi baxışdan uğurla keçəcəyi təqdirdə “Neftçi” ilə 2,5 illik müqavilə imzalayacaq.

