13 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin rəsmi mağazasının yeni ünvanı

“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.

Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçular – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər.

Açılışa qatılan qonaqlar “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl “Gənclik Mall”da yerləşən “GO Sport”da rəsmi mağazaının açılışı baş tutmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43