04 İyun 2026
Dünya futbolu

Ançelotti Fransa klubunda – RƏSMİ

“Lill” Davide Ançelottini baş məşqçi təyin edib.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı italiyalı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, daha əvvəl “Bavariya”, “Napoli”, “Everton”, “Real” və Braziliya millisində köməkçi məşqçi kimi çalışıb.

“Lill” ötən mövsüm Fransa Liqa 1-ni 3-cü pillədə başa vuraraq Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43