04 İyun 2026
Dünya futbolu

Portuqaliyalı “Barselona” ilə anlaşdı

İspaniya təmsilçisi portuqaliyalı müdafiəçi ilə şəxsi müqavilənin şərtlərində razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, 2028-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmanı qəbul edən Kanselonun transferinin baş tutması üçün “Barselona” “Əl-Hilal” ilə ortaq məxrəcə gəlməlidir.

Hazırda tərəflər arasında danışıqlar davam edir. 32 yaşlı futbolçunun transfer dəyəri 9 milyon avro qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43