25 İyun 2026
Ölkə futbolu

“Araz Naxçıvan” Muradovu transfer etdi – RƏSMİ

Rövlan Muradov yeni mövsümdə “Araz Naxçıvan”ın  formasını geyinəcək.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi ilə klub arasında anlaşmanın müddəti 1 ildir. “Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43