25 İyun 2026
Dünya futbolu

“Arsenal” Alvarez transferində üstünlük qazandı

“Arsenal”ın “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək şansı artıb.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya təmsilçisinin futbolçunu satmağa isti baxmadığı bildirilsə də, “Real”ım bu transfer uğrunda mübarizədən geri çəkilməsi London klubunun işini asanlaşdırıb. Mikel Artetanın Alvaresi yeni mövsüm üçün əsas transfer hədəflərindən biri hesab etdiyi vurğulanır.

“Arsenal” rəhbərliyi yaxın günlərdə rəsmi təklif hazırlaya bilər. İngiltərə klubunun hücum xəttini daha da gücləndirmək istədiyi qeyd olunur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43