13 İyul 2026
Dünya futbolu

“İnter” Cons üçün yenidən hərəkətə keçir

“İnter” “Liverpul”un yarımmüdafiəçisi Körtis Consdan əl çəkmək niyyətində deyil.

İdmanxeber.az xəbər verir ki, İtaliya təmsilçisi yaxın günlərdə İngiltərə klubuna yeni təklif göndərəcək. Milan təmsilçisinin ilk təklifi rədd edilsə də, rəhbərlik transferi başa çatdırmaqda israrlıdır.

“Liverpul” futbolçunu saxlamaq istəsə də, danışıqlar davam edir. Tərəflərin yaxın günlərdə yenidən görüşəcəyi gözlənilir.

Transfer pəncərəsinin ən diqqətçəkən proseslərindən birinin məhz bu keçid ola biləcəyi vurğulanır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43