13 İyul 2026
Dünya futbolu

“Arsenal”ın futbolçusu “Beşiktaş”a doğru

“Arsenal”ın futbolçusu Leandro Trossar karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, belçikalı hücumçu “Beşiktaş”la razılıq əldə etmək üzrədir. Məlumata görə, tərəflər müqavilənin əsas şərtlərini razılaşdırıb. Hazırda klublar arasında son detallarla bağlı danışıqlar aparılır.

Keçidin qısa müddətdə rəsmiləşəcəyi gözlənilir. “Beşiktaş”ın bu transferi yaxın günlərdə açıqlayacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43