13 İyul 2026
Dünya futbolu

“Aston Villa” “Nyukasl”ı qabaqladı – Manzambi son anda fikrini dəyişdi

İngiltərənin “Aston Villa” klubu transfer bazarında “Nyukasl”ı geridə qoymağı bacarıb.

İdmanxeber.az-ın məlumatına görə, komand “Frayburq”un yarımmüdafiəçisi Johan Manzambi ilə bağlı razılıq əldə edib. Bildirilir ki, futbolçu əvvəlcə “Nyukasl”a keçməyə yaxın olsa da, son anda seçimində dəyişiklik edərək “Aston Villa”nın təklifini qəbul edib.

Transferin dəyərinin təxminən 49 milyon funt sterlinq olduğu vurğulanır. İsveçrəli futbolçunun yaxın günlərdə tibbi müayinədən keçərək uzunmüddətli müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Manzambi 2026-cı il dünya çempionatındakı uğurlu çıxışı ilə bir sıra Avropa klublarının diqqətini cəlb etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43