AFFA İcraiyyə Komitəsinin bü gün fövqəladə iclası keçirilib.
İdmanxeber.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub:
1.Peşəkar Futbol Liqasının müraciətinə əsasən “Rəvan” FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunsun;
2. 2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edilsin;
3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;
4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;
5. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;