28 Dekabr 2024
Ölkə futbolu

AFFA-dan klublara pul cəzası

AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı qərarları açıqlanıb.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, klublara ümumilikdə 5100 manat cərimə kəsilib.

“Kəpəz” – “Səbail” matçında 6 futbolçusu sarı vərəqə aldığına görə meydan sahibləri 700 manat cərimə edilib. Qarşılaşmanın fasiləsində “Kəpəz”in futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubunu daha 500 manat ziyana salıb. “Səbail” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Neftçi” görüşünün fasiləsində meydan sahiblərinin məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat cərimə olunub. Paytaxt təmsilçisi isə 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə ödəyəcək.

“Neftçi” həmçinin oyunun 90+3-cü dəqiqəsində azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün 1000 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43