Ölkə futbolu

AFFA hakimi vuran məşqçini sərt cəzalandırdı

“Səbail”in baş məşqçisinin köməkçisi Vüqar Məmməd 20 oyunluq cəzalandırılıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki,  buna onun Azərbaycan kubokunun 1/4 finalında “Sumqayıt”la cavab matçında (1:2) köməkçi hakim Cavanşir Yusifovu vurması səbəb olub. Bundan başqa, klub 16 000 (on altı min) manat cərimə olunub.

Qeyd edək ki, hadisə matçın 76-cı dəqiqəsində baş verib. “Səbail”in hücumu zamanı komandanın penalti gözlədiyi epizodda baş hakim Orxan Məmmədovun “davam” qərarı Aftandil Hacıyevin köməkçisini özündən çıxarıb. Nəticədə yan xətt hakimini vuran Vüqar Məmməd qırmızı vərəqə alaraq texniki zonanı tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43