Kateqoriyasız

Rövnəq Abdullayev FİFA-nın prezidenti ilə görüşdü

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, səfər çərçivəsində AFFA prezidenti FIFA-nın prezidenti Gianni İnfantino ilə görüşüb. Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

Qeyd edək ki, hazırda Doha şəhərində FİFA Klublararası Dünya Kuboku-2020 turniri keçirilir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43