Yanvarın 11-də Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla)
3. Digər məsələlər