İdman

AFFA “İnter” və “Qəbələ”ni böyük məbləğdə cərimələdi, Monrozun cəzası kəsildi!

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, iclas zamanı aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın VI turunun “Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Qarabağ” klubunun 8 №-li futbolçusu Markos Madera ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur 

Premyer Liqasının VI turunun “Zirə” – “İnter” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 88-ci dəqiqəsində “İnter” klubunun 22 №-li futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur 

Oyun başa çatdıqdan sonra “İnter” klubunun məşqiçisi Cəmaləddin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.

Premyer Liqanın VI turunun “Səbail” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın VI turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Qəbələ” klubunun futbolçuları Stiven Monroz ilə Ruslan Qurbanov arasında mübahisə baş verib və Stiven Monroz öz komanda yoldaşına əl ilə zərbə endirib.

“Qəbələ” klubu İntizam Komitəsinə müraciət edərək futbolçunun öz növbəsində daxili nizam-intizam qaydalarına uyğun olaraq klubdaxili cəzalandırıldığını və futbolçular arasında baş vermiş münaqişənin həll olunduğunu nəzərə alaraq futbolçuya veriləcək cəzanın azaldılmasını xahiş edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir.

“Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Qəbələ” klubunun 28 №-li futbolçusu Stiven Monroz aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və ona 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43