Sabah AFFA-nın İcraiyyə Komitəsinin qapalı iclası keçiriləcək. İclasda Premyer Liqa klublarının prezidentləri və rəsmiləri iştirak edəcək.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, AFFA klubların büdcələrinin 5 milyona qədər azaldılması qərarını verə bilər. Belə ki, bu, sırf yerli futbolçuların Avropada top qovması üçün atılan addımdır. Azərbaycanda həddindən artıq məvacib alan futbolçularımız, bu qərar qəbul olunacağı təqdirdə, legioner həyatı yaşamağa üstünlük verəcək.