27 Dekabr 2024
Premyer Liqa

AFFA “Neftçi”ni cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda İK Premyer Liqanın sonuncu turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Topaz Premyer Liqasının XVII turunun “Simurq” – AZAL matçının 79-cu dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVII turunun “Bakı” – “Qarabağ” matçında “Bakı”  klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Topaz Premyer Liqasının XVII turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi”  klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib.

Oyunun 3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün kluba 1000 manat cəza tətbiq edilib.

Matçın 84-cü dəqiqəsində “Qəbələ” klubunun 88 nömrəli futbolçusu Müşfiq Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 87-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Dmitri Kramarenko texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43