İdman

AFFA prezidenti Robert Prosineçki ilə görüşdü

Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşüb.

İdmanxeber.com-un məlumatına görə, görüşdə AFFA-nın vite-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Apellyasiya Arbitraj Tribunalının sədri Muxtar Babayev, AFFA-nın texniki direktoru Bernhard Lippert və Apellyasiya Arbitraj Tribunalının üzvü Murad Heydərov iştirak edib. Robert Prosineçki millinin hazırlıq prosesi barədə məlumat verib, komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyünü deyib. 

AFFA prezidenti dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda millimizin qələbə qazanacağına ümidvar olduğunu bildirib, komandaya uğurlar arzulayıb (affa.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43