AFFA rəhbərliyi Milli Mətbuatın 140 illiyi ilə əlaqədar jurnalistlərlə görüş keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, bu gün keçiriləcək görüş “Su səsi” restoranında baş tutacaq.
Tədbir saat 19.00-da başlayacaq. Görüşdə idman jurnalistləri, həmçinin PFL və Futbol klublarının mətbuat xidmətinin rəhbərləri iştirak edəcək.