“Real” rəhbərliyi 34 yaşlı yarımmüdafiəçi Toni Kroosla müqaviləni daha bir mövsüm uzatmaqda maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı karyerasını bitirmək barədə düşünsə də, baş məşqçi Karlo Ançelotti yarımmüdafiəçini fikrindən daşındırıb. İtaliyalı mütəxəssis Kroosu heyətin əsas üzvlərindən biri hesab edir.
Bu mövsüm Toni Kroos 29 matçda iştirak edib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.