“Real”n baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə rəhbərlik etməməsinin səbəbini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Madrid klubu ilə müqavilə uzatdığını xatırladıb:
“Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodrigeslə danışmışam, ona marağına görə təşəkkür edirəm. O, məni qürurlandırdı, amma hər şey “Real” ilə bağlı vəziyyətdən asılı idi. Nəhayət, hər şey istədiyim kimi oldu.
Klubun mənimlə işləməyə davam etmək istəməsi şəxsim üçün dəyərlidir. Detallar o qədər də vacib deyil. Müqavilə iyunun 30-na kimi qüvvədə idi və klub indi onu uzatmaq qərarına gəlib. Görünür, bizim birgə işimizdən razıdır və onu davam etdirmək istəyir”.