İdman

Araz Abdullayev “Anortosis”dən ayrılır?: “Qəbələ” 150 min avro istəyir

Azərbaycna millisinin üzvü Araz Abdullayev Kiprin “Anortosis” klubundan ayrıla bilər.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb isə futbolçunun müqavilə ilə məxsus olduğu “Qəbələ”nin 25 yaşlı yarımmüdafiəçi üçün 150 min avro təzminat istəməsidir. Kipr klubu isə bu məbləği yüksək hesab etdiyini bildirilib.

Qeyd edək ki, Araz Abdullayevin icarə müddəti yayda başa çatır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43