İdman

“Latsio” klubunu aldatdılar: Transfer məbləğini başqa adama ödədilər

İtaliyanın “Latsio” kollektivi Stefan de Vrey transferində aldadılıb.

İdmanxeber.com-un məlumatına görə, belə ki, futbolçunu transfer etdiyi “Feyenord” klubuna 2 milyon ödəmək əvəzinə, özünü Hollandiya klubunun əməkdaşı kimi tanıdan naməlum şəxsin hesabına pulu köçürən Roma təmsilçisi bir qədər sonra fırıldağa düçar olmasını anlayıb.

Qeyd edək ki, “Latsio” De Vreyi 3 il əvvəl 7 milyon avro qarşılığında “Feyenord”dan transfer edib. 2 milyon fırıldağı da həmin vaxt baş verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43