“Araz-Naxçıvan” sabah MOİK-lə keçirəcəyi matç səbəbindən bu gün səhər saatlarında paytaxtımıza təşrif buyurub. Saat 14:00-da məşqə çıxan Əsgər Abdullayevin yetirmələri paytaxtın məhşur “Deluxe” otelində məskunlaşıblar. Axşam saatlarında “Araz-Naxçıvan” oteldə sürprizlə qarşılaşıb. Komandanı Bakıda dəstəkləyən və yeni fəaliyyətə başlayan “Nəqşicahan” AAK-nın 30-dan çox üzvü “Deluxe” otelinə təşrif buyuraraq məşqçilər korpusu və futbolçularla görüşüblər. Görüşdə azarkeşlər sabah sevimli komandalarından yalnız qələbə gözlədiklərini bildiriblər. Bir saatadək davam edən görüşün sonunda xatirə şəkilləri çəkilib.