Ölkə futbolu

Armin Fe: “Qarabağ” bu dəfə daha yaxşı oynadı”

“Bu gün rəqibimiz bir həftə öncəki ilə müqayisədə daha yaxşı oynadı. Ümumiyyətlə “Qarabağ” yaxşı təsir bağışladı”.

Bu sözləri “Ayntraxt”ın baş məşqçisi Armin Fe “Qarabağ”la oyundan sonra deyib.

Almaniyalı mütəxəssis matçdan öncə də qrup mərhələsində oynayacaqlarına inandığını bildirib: “Qarabağ”ın təhlükəli rəqib olduğunu və onlara qarşı arxayınlaşmamağın vacibliyini demişdim. Ola bilər ki, futbolçularım bir anlıq vəzifələrinin öhdəsindən gəldiyini düşünməyə başladılar və həmin anda rəqib qol vurdu. Bununla belə, qrup mərhələsinə vəsiqə qazanacağımıza inanırdım”.

Qeyd edək ki, evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gələn “Ayntraxt” Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43