Dünya futbolu

“Arsenal”la görüş öncəsi “Mançester Siti”də itkilər var

“Mançester Siti” bu həftəsonu Premyer Liqada lider “Arsenal”la qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər”in oyunçuları Con Stounz və Kayl Volker bu görüşdə iştirak edə bilməyəcək. Hər iki oyunçu İngiltərə milli komandasının heyətində olarkən zədələnib.

“Mançester Siti” – “Arsenal” görüşü bu bazar Bakı vaxtıyla saat 19:30-da başlayacaq. MS 63 xalla “Arsenal”ın 1 xal gerisində 3-cü yerdədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43