UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son iki görüş keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmalar Portuqaliya və İtaliyada baş tutub.
“Porto” doğma meydanda “Arsenal”ı qəbul edib. Ev sahibi klmanda son dəqiqə qolu ilə qələbə qazanıb – 1:0.
“Barselona” isə İtaliyada “Napoli”nin qonağı olub. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21 fevral
00:00. “Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) – 1:0
Qol: Qaleno, 90+4
Baş hakim: Sərdar Gözübüyük (Niderland).
“Estadio de Draqao”
00:00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) – 1:1
Qollar: Levandovski, 60 (0:1), Osimhen, 75 (1:1)
Baş hakim: Feliks Zvayer (Almaniya).
“Dieqo Armando Maradona” stadionu