“Arsenal”ın futbolçusu Yurien Timber əməliyyat olunacaq.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı futbolçuya yayda cərrahi müdaxilə ediləcək. Niderlandlı oyunçu sonuncu dəfə Çempionlar Liqasının PSJ ilə keçirilən cavab matçında meydana çıxıb.
Timber cari mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

