Ölkə futbolu

“Ayntraxt”ın futbolçusu: “Qarabağ” səddini hələ keçməmişik”

“Bu həftə bizim üçün çətin həftə olacaq. Çünki qarşıda iki ağır oyunumuz var. Əvvəl “Qarabağ”la, sonra Dortmund “Borussiya”sı ilə. Hər iki oyuna ciddi hazırlaşırıq”.

Bu sözləri “Ayntraxt”ın futbolçusu Yohannes Flum Almaniya mətbuatına açıqlamasında deyib. 

Avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la oyanayacaqları cavab oyunu barədə danışan yarımmüdafiəçi bu səddi hələ keçmədiklərini deyib: 

“İlk oyundan sərfəli nəticə ilə ayrılmışıq. Ona görə də cavab matçında özümüzü bir qədər rahat hiss edəcəyik. Bununla belə, “Qarabağ” səddini hələ keçməmişik. Cümə axşamı bunu rəsmiləşdirməliyik. Bazar günü isə “Borussiya” ilə çətin oyuna çıxacağıq. Hər iki oyun bizim üçün vacibdir”.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 23:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43