Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında VIII turun proqramı bəlli olub.
İdmanxeber.az-ın məlumata görə, qadınların mübarizəsində tur “Bakı” – “Kür” oyunu ilə start götürəcək. Yanvarın 27-də gerçəkləşəcək qarşılaşma saat 10:00-da başlayacaq.
Yanvarın 28-də, saat 10:00-da “İdman Akademiyası” – “Azəryol”, 12:00-da isə “Gənclərbirliyi – “Qarabağ” görüşləri gerçəkləşəcək.
Kişilərin yarışında yanvarın 27-də, saat 12:00-da “Təhsil” – “Kür”, saat 14:00-da “Qarabağ” – “Azəryol” oyunları baş tutacaq. Növbəti gün isə saat 14:00-da “Dinamo” və “İdman Akademiyası” kollektivləri meydançaya çıxacaqlar.
Bütün matçlar “AHF Arena”da təşkil olunacaq.