Albaniya Super Kubokunun final oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” həlledici görüşdə “Kukesi” ilə üz-üzə gəlib.
Görüş Əliyevin komandasının qələbəsi ilə başa çatıb – 2:0. Həmyerlimiz matçda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.