Kateqoriyasız

Azərbaycanlı futbolçu “Şkupi”yə mümkün keçidi haqda: “Xeyirlisi nədirsə, elə olsun”

“Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərli gələcək karyerası barədə danışıb.

Dünən 27 yaşlı hücumçunun karyerasını ölkə xaricində davam etdirə biləcəyini xəbər vermişdik. Məsələ ilə bağlı İsgəndərli İdmaxeber.az saytına bunları deyib:

“Hazırda bütün fikrim “Sumqayıt”dadır. Bu komanda ilə qələbələr qazanmalıyıq. Yanvarda nələr olacağı barədə indidən danışmaq doğru olmaz. Xeyirlisi nədirsə, elə olsun”.

Qeyd edək ki, ötən gün təcrübəli forvardın Şimali Makedoniya təmsilçisi “Şkupi”nin hədəfində olduğunu yazmışdıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43