Kateqoriyasız

“Nant” – “Qarabağ” matçının hakimləri: Yalnız səfər oyunlarımıza təyinat alıb

Fransada “Nant” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununun təyinatları məlum olub.

İdmanxeber.az xəbər verir ki, qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Jakob Kehletə Lars Hummelgaard və Viktor Skytte laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Jorgen Burkardt yerinə yetirəcək. VAR hakimi niderlandlı Jeroen Manskot, onun köməkçisi Rob Dieperinkdir.

Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, Jakob Kehlet iki dəfə klublarımızı iştirakı ilə keçirilən avrokubok matçlarında fit çalıb. Belə ki, 2012-ci ildə Avroliqanın qrupunda “Rubin” – “Neftçi” (1:0) və PAOK – “Qəbələ” (0:0) matçlarını idarə edib.

Oktyabrın 27-də keçiriləcək matç saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43