Dünya futbolu

“Real” London klubunun futbolçusunu transfer etmək istəyir

İspaniyanın “Real” klubu “Tottenhem”in ulduzu Son Hın Mini transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun çalışdırıcısı Karlo Ançelotti koreyalı futbolçunun xidmətində maraqlıdı və onun transferi üçün klub rəhbərliyinə müraciət edib. “Kral klubu” London təmsilçisi ilə danışıqlara başlamağı düşünür.

Cənubi koreyalı futbolçunun özü də “Real”da oynamağa müsbət yanaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43