Kateqoriyasız

“Şamaxı” qışda legioner transfer edəcəkmi? – Klub açıqladı

“Şamaxı” klubu açıqlama yayıb.

İdmanxeber.az xəbər verir ki, məlumatda klubun strategiyası və hədəfləri bildirilib. Açıqlamada bunlar qeyd edilib:

“Cari mövsümün əvvəlindən Şamaxıda məskunlaşan komanda hazırlıqlarını davam etdirir.

Yeni klub rəhbərliyinin başçılığı altında mövsümə başlayan komandanın əsas strategiyası gənc və yerli futbolçulara şans vermək, onları Azərbaycan futboluna qazandırmaqdır. İlk dövrədə qarşıya  komandanın formalaşması, öz oyununu tapması məqsədi qoyulmuşdu və bu hədəfə məşqçilər heyəti və futbolçular tərəfindən nail olunub.

Təsadüfi deyil ki, komandamızın 5 üzvü milli komandalara mütəmadi olaraq dəvət alır və bir neçə futbolçu Premyer Liqada debüt edib. Bundan başqa, əsas komandanın məşqlərinə akademiyamızın yetirmələri cəlb olunur.
Klub olaraq məşqçilər heyətinin işindən razıyıq, qarşılarına qoyulan işi tam icra etməyə çalışırlar.

Komandamıza qış fasiləsinə qədər son pillədən maksimum uzaqlaşmaq hədəfi qoyulmuşdur.

Klub olaraq strategiyamızı davam etdiririk, qış fasiləsində ehtiyac yaranarsa, heyətimiz gənc və yerli futbolçularla gücləndiriləcək. Qış fasiləsində legioner futbolçuların cəlb edilməsi klubumuzun strategiyasına uyğun deyil.

Hədəfimizə doğru irəliləyirik, gələcəkdə daha çox yerli və gənc futbolçuların istedadlarını kəşf edib Azərbaycan futboluna qazandıracağımıza inanırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43