Kateqoriyasız

“Turan” və “Qəbələ”dən səfər qələbəsi

Azərbaycan Birinci divizionunda 8-ci turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ-2” səfərdə MOİK-lə qarşılaşıb. 6 qolun qeydə alındığı matçda bölgə təmsilçisi qələbəyə sevinib – 4:2.

Günün digər oyununda isə “Turan Tovuz-2” səfərdə “Mingəçevir”lə üz-üzə gəlib. Tovuz klubu 3 xalı 3 qolla qazanıb – 3:0.

Günün sonuncu matçında isə “Qaradağ Lökbatan” və “Zirə” qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Turun digər oyunları sabah keçiriləcək.

I Divizion
IX tur

MOİK – Qəbələ-2 – 2:4
Qollar:
 İlham Allahverdiyev, 33, 71 – Fərid İsgəndərov, 5, Süleyman Damadayev, 56, Rauf Məhərrəmov, 59 (penalti), Əli Mürsəlov, 90+4

Mingəçevir – Turan Tovuz – 0:3
Qollar: Vüsal Məsimov, 30, Elçin Qasımov, 41, Akif Tağıyev, 76

Qaradağ Lökbatan – Zirə-2 – 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43