AZAL yeni mövsüm üçün hazırlığa start verib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün “AZAL Arena”da keçirilən və təxminən 2 saat davam edən səhər məşqi ilə 2014/15 mövsümünün hazırlıqlarına başlayıb.
Məşqdə komandanın bütün üzvləri – həm yerlilər, həm də legionerlər iştirak edib. Yalnız Con Oluremi icazəli olduğundan hazırlığın ilk günündə çalışmayıb. O, bu gün Bakıya gələcək və sabahdan məşqlərə qoşulacaq.