Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti yığıncağı keçirilib.
İdmanxeber.com-un məlumatına görə, İK birinci divizionda baş verən qanun pozuntularına hüquqi qiymət verib.
Qəbul olunan qərarları sizə olduğumu kimi çatdırırıq:
Azərbaycan I Divizionunun XVIII turunun “Energetik” – “Göyəzən” matçının 90+2-ci dəqiqəsində “Göyəzən” klubunun 17 №-li futbolçusu Tamerlan Yusifov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XVIII “Şahdağ” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan” klubunun 5 №-li futbolçusu Samir Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionunun XVIII “Bakılı” – “Lokomotiv” matçının 82-ci dəqiqəsində “Lokomotiv” klubunun 17 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 90-cı dəqiqəsində “Lokomotiv” klubunun 6 №-li futbolçusu Səbayıl Bağırov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionunun XVIII “Qaradağ Lökbatan” – “Turan-T” matçının 90+4-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 10 №-li futbolçusu Timur Dadaşov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
Azərbaycan I Divizionunun XVIII MOİK – “Kəpəz” matçının 27-ci dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Elmin Əlizadə ilə MOİK klubunun 16 №-li futbolçusu Azər Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 yunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1).
Azərbaycan I Divizionunun XVIII “Ağsu” – “Araz Naxçıvan” matçının 90+3-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 4 №-li futbolçusu Fərman Qəmbərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
Oyunun 90+2-ci dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi klub 500 manat cərimə olunur