İdman

Azərbaycan millisində yeni təyinat

Kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Reza Mehmadostun yeni köməkçisinin adı dəqiqləşib.

Belə ki, böyük məşqçi postunda Elnur Amanovu Rəşad Əhmədov əvəzləyib. O, ATF-in İdarə Heyətinin qərarına əsasən bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Amanov bir qədər öncə qadınlardan ibarət yığma komandanın “sükanı arxası”na keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43