Futbol üzrə “Avro-2016″nın seçmə mərhələsinin püşkatması zamanı komandaların yer alacağı səbətlərin tərkibi müəyyənləşib.
Tərtib olunan format UEFA İcraiyyə Komitəsinin dekabrın 12-13-də İspaniyanın Bilbao şəhərində keçiriləcək iclasında təsdiqlənəcək.
Millimiz püşk zamanı 5-ci səbətdə yer alacaq.
I səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina
II səbət: İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya
III səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Monteneqro
IV səbət: Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus
V səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr
VI səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllütariq, Farer adaları.
Qeyd edək ki, “Avro-2016″nın püşkatma mərasimi 2014-cü ilin fevral ayının 23-də Fransanın Nitsa şəhərində keçiriləcək.