İdman

Azərbaycanlı hakim Portuqaliya – Norveç matçına təyin olundu

FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final mərhələsində təyinat aldığı ilk oyun məlum olub.

İdmanxeber.com-un məlumatına görə, o, B qrupunun Portuqaliya – Norveç matçında iş başında olacaq. Bu matçın baş hakimi hollandiyalı Dennis Hilerin köməkçisi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Portuqaliya – Norveç görüşü mayın 4-ü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43