İdman

İcraiyyə Komitəsinin iclasının vaxtı və müzakirə olunacaq mövzular bəlli oldu

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, mayın 11-də milli assosiasiyanın inzibati binasında keçiriləcək tədbir saat 10:00-da start götürəcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi;

2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit

3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat

4. Digər məsələlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43