28 Dekabr 2024
İdman

“Azəryol” İtaliya klubuna qarşı

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycanın “Azəryol” klubu CEV Kubokunun 1/4 final mərhələsində ilk oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz İtaliyanın “Novara” klubu ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, xütün qalibi yarımfinalda “Dinamo” (Kazan, Rusiya) – “Ştutqart” (Almaniya) duelində qələbə qazanan komanda ilə görüşəcək.

11 fevral

CEV kuboku

18:00. “Azəryol” (Azərbaycan) – “Novara” (İtaliya)

Hakimlər: Munir Fattah (Almaniya), İqor Porvaznik (Slovakiya)

Bakı, Voleybol Mərkəzi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43