Premyer Liqa

Bağışlamayanlar və mükafatlananlar

Azərbaycan Premyer Liqasında 2015-2016 mövsümünün ilk iki dövrəsi geridə qalıb.

4 dövrəli sistemdə oynanılan çempionatın 2 dövrəsində 18 matç keçirildi. Baş tutan 18 qarşılaşmalarda qapılara 23 penalti təyin olunub.

Ən çox penalti hazırkı lider "Qarabağ"ın aktivindədi. Ağdam klubu 7 dəfə penalti vurmaq şansı qazanıb. "Köhlən atlar"ın lehinə ən çox penalti verən hakim isə Elvin Əsgərovdu. Belə ki, referi "Qarabağ"ın lehinə 3 penalti təyin edib ki, bunlardan 2-si bir oyunda olub. 

Ən az penalti vurmaq şansı qazanan komandalar isə "Xəzər Lənkəran", "Rəvan", "Kəpəz", "İnter" və "Sumqayıt"dı. Sözügedən klublar 18 turda cəmi 1 penalti vurmaq şansı qazanıblar.

Ümumilikdə isə sıralama aşağıdakı kimidi:

"Qarabağ" – 7 penalti

"Qəbələ" – 3 penalti

AZAL – 3 penalti

Neftçi – 3 penalti

"Zirə" – 2 penalti

"Kəpəz" – 1 penalti

"Xəzər Lənkəran" – 1 penalti

"Rəvan" – 1 penalti

"İnter" – 1 penalti

"Sumqayıt" – 1 penalti

Ən çox penalti təyin edən hakimlər

Elvin Əsgərov – 4 penalti (3-ü "Qarabağ"ın, 1-i "Neftçi"nin lehinə)

Rəhim Həsənov – 4 penalti ("Neftçi", "Xəzər Lənkəran", AZAL-ın lehinə)

Fariz Yusifov – 3 penalti ("Qarabağ", "Qəbələ" və "Kəpəz"in lehinə)

Ramil Diniyev – 3 penalti (2-si AZAL-ın, biri "Qarabağ"ın lehinə)

Ömər Paşayev – 2 penalti ("Qəbələ" və "Qarabağ"ın lehinə)

Rauf Cabbarov – 2 penalti (Neftçi" və "Zirə"nin lehinə)

Əliyar Ağayev – 2 penalti (Qəbələ" və "Sumqayıt"ın lehinə)

İnqilab Məmmədov – 1 penalti ("Zirə"nin ehinə)

Orxan Məmmədov – 1 penalti ("Rəvan")

Başa çatan 18 turda ən çox qırmızı vərəqə ilə futbolçusu cəzalanan komanda "Xəzər Lənkəran" və "Zirə"di. Bu komandalar hərəyə 4 dəfə cəzalanıblar. 

Ən az qırmızı vərəqə ilə futbolçusu cəzalı duruma düşən komanda isə "Qarabağ" və "Qəbələ"di. Maraqlıdır ki, geridə qalan 18 turda AZAL-ın heç bir futbolçusu qırmızı vərəqə almayıb.

İdmanxeber.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43