Kateqoriyasız

Riçard Almeyda Avroliqa qrupunun rəmzi komandasında!

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin rəmzi komandasına düşüb.

İdmanxeber.com-un məlumatına görə, keçmiş SSRİ respublikalarından olan komandalarda çıxış edən futbolçular və legionerlərin qərarlaşdığı siyahıda Almeyda da yer alıb.

Qapıçı: Andris Vanin (Latviya, “Sion”)

Müdafiəçilər: Andreas Qrankvist (İsveç, “Krasnodar”), Elmir Nabiullin (Rusiya, “Rubin”), Raqnar Klavan (Estoniya, “Auqsburq”)

Yarımmüdafiəçilər: Pavel Mamayev (Rusiya, “Krasnodar”), Odil Əhmədov (Rusiya, “Krasnodar”), Henrik Mxitaryan (Ermənistan, “Borussiya” Dortmund), Riçard Almeyda (Braziliya, “Qarabağ”), Aleksandr Səmədov (Rusiya, “Lokomotiv”)

Hücumçular: Bay Umar Niasse (Seneqal, “Lokomotiv” Moskva), Yevgeni Seleznyov (Ukrayna, “Dnepr”)

Baş məşqçi: Oleq Kononov (Belarus, “Krasnodar”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43