Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, 6 idmançının mübarizə apardığı yarışda qadınlar 4, kişilər 6 hərəkətdə çıxış edir.
Yarışda Azərbaycanı Oleq Stepko təmsil edir. 4 müxtəlif hərəkətdə – gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda da qüvvəsini sınayır.
Stepkonun ilk çıxışı uğurlu alınıb. Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub və gümüş medala sahib çıxıb. O, qarşıdakı dəqiqələrdə üç müxtəlif hərəkətdə qüvvəsini sınayacaq.