27 Dekabr 2024
Premyer Liqa

“Bakı” “Xəzər Lənkəran”la oyuna iki itki ilə hazırlaşır

Sabah “Bakı” Topaz Premyer Liqasının XXX turu çərçivəsində “Xəzər Lənkəran”ı qəbul edəcək. 

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün komanda oyunöncəsi son məşqini keçirib. 

Saat 11:00-da başlayan hazırlığa ənənəvi olaraq yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib. Ardınca mərkəz dairəyə cəmlənən futbolçular əyləncəli təkqaldı oynayıb. Növbəti tapşırıqda 3 qrupa bölünən baş məşqçi Milinko Pantiçin yetirmələri “kvadrat” oynamağa da imkan tapıb. Sonda yenidən topla şən-əhval ruhiyyə yaradan təmrinə yer verən “zolaqlılar” dartınma hərəkətləriylə məşqi başa vurub. 
Qeyd edək ki, zədəli olan ispaniyalı Alberto Noqeyra və Namiq Ələsgərov hazırlıqda iştirak etməyib. Bərpa dövrü keçən Rauf Əliyev, Elvin Məmmədov və kiprli Giorgos Pelagias fizioterapevt Radişa Milosavliyeviçin rəhbərliyi altında fərdi proqram əsasında çalışıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43