Premyer Liqada çıxış edən klubların əvəzedici komandaları arasında keçirilən çempionatın növbəti turu çərçivəsində “Neftçi” səfərdə “İnter”in qonağı olub.
İdmanxeber.com-un məlumatına görə, “Şəfa” stadionunda baş tutan oyunda Tərlan Quliyev, Karlos Kardozo və Cavid İmamverdiyev kimi əsas komandanın üzvləri də, “Neftçi”yə kömək ediblər. Lakin bu kömək nəticədə öz əksini tapmayıb. “Bankirlər” minimal hesablı qələbə ilə “ağ-qaralar”ı məyus ediblər.