“Qarabağ”ın Konfras Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”in yarımmüdafiəçisi Bubakar Kamara dünya nəhənglərinin diqqət mərkəzinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu ilə “Mançester Yunayted” və ” Nyukasl” maraqlanır. Onu “Barselona” və “Bavariya”nın izlədiyi bildirilir.
Futbolçunun yayda klubunu dəyişəcəyi dəqiqdi.